Telekanal 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də Rusiya kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb.
Telekanalın baş ofisi Moskvada yerləşir. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Telekanal azərbaycan və rus dillərində verilişlər yayımlayır.
“İnterAz” telekanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-2) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Həmçinin, coxmilyonluq Raduqa kabel operatoru vasitəsilə bütün Rusiya ərazisində baxılma imkanına malikdir. Bundan əlavə efirimiz onlarla kabel ve İPTV şəbəkələri vasitəsilə Azərbaycan, Rusiya və Ukrainada geniş izləyici kütləsinə qovuşur.
Dünya azərbaycanlılarının yeni ünvanı olan “İnterAz” televiziyası ilk milli peykimiz - "Azerspace-1" vasitəsilə də yayımlanır. “Azərspace-1” peyki 46 dərəcə şərq uzunluğu dairəsində, geostasionar orbitdə yerləşir və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir.
“İnteraz” digər Azerbaycan telekanalları ilə eyni paketdədir.
“İnterAz” kanalı ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən ilk kanal olduğu üçün fəaliyyətə başladığı gündən milli-mənəvi dəyərləri özünə prioritet bilmişdir.
Kanalı peyklər vasitəsilə ölkəmizin, eləcə də dünyanın hər yerindən izləmək mümkün olduğundan “İnterAz” ana xətt olaraq öz tamaşaçılarına azərbaycançılığı, Azərbaycan dili, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələrini, dinimizi və dövlət siyasətimizi təbliğ etməkdədir.
ABS-2 peyki Yerin şərq yarımkürəsini əhatə edən peykdir. Bu peyk vasitəsi ilə dünyanın bir çox kanalları xüsusi ilə rusdilli kanallar yayımlanır. İnteraz televiziyasına ABS-2 peyki vasitəsi ilə bütün Avrasiya və Şimali Afrika ölkələrində rahat baxmaq mümkündür.
InterAz kanali artig ilk milli peykimiz, Azerspace-1 peyki vasitəsilə də yayıma başlamışdır.
“Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşir və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. İnteraz televiziyasini digər Azerbaycan kanallari ilə eyni paketdə izləyə bilərsiz.
2013 cü ildən etibarən İnterAz TV-nin yenilənmiş rəsmi saytı fəaliyyət göstərməyə başlamışdır. Bu andan etibarın İnterAz TV-nin tamaşaçıları kiçik internet sürətlə kanalı canli olaraq yüksək keyfiyyətdə izləmə imkanı əldə edə bilərlər.
MTS operator əsas paketinə daxil edilən İnterAz kanalı Krasnoyarsk diyarının Norilsk bölgəsində yayımlanır. Rəqəmsal mobil operator İnterAz-ı əsas ödənişsiz paketə daxil edib.
Novosibirsk — Rusiya Federasiyasında yerləşən şəhər, Novosibirsk vilayətinə daxildir. MTS operator əsas paketinə daxil edilən İnterAz kanalı Novosibirsk şəhərində yayımlanır. Rəqəmsal mobil operator İnterAz-ı əsas ödənişsiz paketə daxil edib.
Kanal artıq 10 aydır İP Televiziya Xidmətinə daxil edilib. İP televiziya xidməti ilə Ailə TV-ni Azərbaycanın bütün regionlarında izləmək mümkündür.
Kanalın daimi efir identifikatoru qismində narıncı kvadrat formasında loqotipdən istifadə olunur
Loqotipin kadraltı haşiyədə titrlərlə istifadə nümunəsi
Korporativ stil qrafik forma və bir ideyada birləşən, əsas məqsədi şirkəti digərlərindən seçmək və istehlakçının gözündə tanış bir obraz yaratmaq olan vizual ünsiyyətin təməl prinsipləri toplusudur.
“İnterAz” brendi altında fəaliyyət göstərən şirkətlər baş “İnterAz” şirkətinin müəyyən etdiyi tipoqrafika qaydalarından istifadə etməlidirlər.
“Source Sans Pro” “İnterAz” teleşirkətinin korporativ şriftidir. Bu şriftin işarələrinin şəkli və təsvirlərinin zənginliyi şirkətin korporativ imicidir. “Source Sans Pro”dan efir quruluşunda, teleşirkətlə bağlı mətnlərin yığılması üçün çap məhsullarında istifadə olunur.
Böyükkeqelli Source Sans Pro formatında yığım zamanı aşağıdakı qaydalar rəhbər tutulmalıdır:
117556, Rusiya Federasiyası, Moskva şəhəri,
Naximovski prospekti, ev 51/21, ofis 304
Tel.: +7 (499) 744-44-99
Tel.: +7(926) 033-03-13
E-mail: [email protected]
AZ 1009, Azərbaycan, Bakı şəh.
Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 2/29
Tel.: (+99412) 480-2-313
E-mail: [email protected]